“İşğaldan azad olunan rayonların böyük əksəriyyəti üzrə vurulmuş ziyan və zərər ilkin mərhələdə dəyərləndirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, bundan sonra xüsusi metodika üzrə qiymətləndirilmə aparılacaq:
“Qalıq ehtiyatlarımız müəyyənləşdiriləcək ki, yataqlarımızın perspektivli şəkildə inkişaf etdirilməsinə zəmin yaradılsın. Artıq bu istiqamətdə nazirlik daha geniş fəaliyyətə başlayıb. Ərazilər minalardan təmizləndikcə nazirliyin fəaliyyəti genişlənir”.
O əlavə edib ki, işğaldan azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinq işlərinin birinci mərhələsi artıq bitib.
İlhamə Əbülfət