Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qarabağda zəlzələ - YENİLƏNİB
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində son 24 saat ərzində ikinci zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb.
Maqnitudası 2,5 bal olan zəlzələnin episentri Kəlbəcər rayonundan 6 kilometr şərqdə, yerin 10 kilometr dərinliyində olub.
Xatırladaq ki, dünən yerli vaxtla saat 09:30-da Kəlbəcərdə 3,3 bal gücündə zəlzələ olmuşdu.
3 fevral, 12:47
Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 09:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub.
Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.
"Kəlbəcər" teqi üzrə xəbərlər
- Suqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür?
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub
- Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ
- Əllərinin xınası getmədən toyundan iki ay sonra itkin düşmüş Təranə Zeynalovanın HEKAYƏSİ
Rəylər