Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhənin Qazax rayonu istiqamətində qeydə alınıb.
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Tural Natiq oğlu Mustafayev düşmən gülləsinə tuş gəlib.
Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib