Ukraynanın Donetsk vilayətində, Artemovsk rayonunun Berestovaya kəndi ərazisində 9 uşaq minaya düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.
“Uşaqlar artıq xəstəxanaya çatdırılıb. Hamısının vəziyyəti olduqca ağırdır. Bəzilərinin əl və ayaqları amputasiya oluna bilər. Bir neçə uşaq görmə qabiliyyətini itirib”,- deyə müşavir bildirib.