Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qaradağda güclü külək avtomobili aşırıb: Xəsarət alan var
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, rayonun Buta qəsəbəsində magistral yolda hərəkətdə olan avtomobil küləyin təsirindən idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Cənnətov Dilqəm Qərib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar