Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qaradağdakı uşaq xəstəxanası nə vaxt təmir ediləcək? - AÇIQLAMA
Sosial şəbəkədə Qaradağ rayonu 4 saylı uşaq xəstəxanasının bərbad vəziyyətdə olmasına dair fotolar paylaşılıb.
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 4 saylı uşaq xəstəxanasından gedir.
İddia edilir ki, hazırda səhiyyə müəssisəsi bu vəziyyətdədir.
TƏBİB-in mətbuat xidmətindən məsələ ilə bağlı Oxu.Az-a verilən məlumata görə, ölkə ərazisində müşahidə edilən pandemiya ilə əlaqədar tibb müəssisələrinin yanvar ayından başlanılan təhvil-təslim məsələləri bir qədər gecikir:
"Hazırda sözügedən xəstəxananın bu vəziyyətdə olub-olmadığı ilə bağlı bir söz deyə bilmərəm. Amma bu gün respublika ərazisində bizə təhvil-təslim edilən tibb müəssisələri arasında pis vəziyyətdə olan, təmirə ehtiyacı olan müəssisələr var. Bununla bağlı TƏBİB tərəfindən müvafiq layihələr hazırlanırdı. Lakin koronavirusla bağlı layihələrin hazırlanma prosesi və icrası qeyri-müəyyən müddətə dayandırılıb.
Həmin tibb müəssisələrin strukturu, cari vəziyyəti ilə bağlı işçi qruplarımız yerindəcə monitorinqlər aparırdı. Lakin TƏBİB-ə təhvil-təslim prosesi tamamlanmadığı üçün onların bərpası istiqamətində görüləcək işlərin nə zaman başlayacağı məlum deyil".
Könül Cəfərli
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər