İnternetdə Benni Uinfredin (Benny Winfred Jr.) İnstagramdakı Mr. Pimp Good Game adlı profili populyarlıq qazanmaqdadır.
Kənardan baxanda qeyri-adi heç bir şey yoxdur – qaradərili kişi sadəcə öz şəkillərini internetdə yerləşdirir.
Lakin Oxu.Az xəbər verir ki, bütün bu şəkillər smartfonun kamerasına özü tərəfindən çəkilib və praktiki olaraq eynidir.
Gülümsəyən Benni hər gün bir neçə şəkil çəkir. Onun səhifəsinə düşərkən gülümsəməmək qeyri-mümkündür, çünki sənə onlarla gülümsəyən Benni Uinfredlər baxırlar. Görünür Benninin uğuru elə bununla bağlıdır. Artıq onun 14 minə yaxın izləyicisi var.




