Müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılova tələbə adını qazanıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a müğənni məlumat verib.
O, bildirib ki, tələbə olmaqlarına çox sevinirlər:
“Bu yaxınlarda Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil oldum. Bu, öz seçimim idi. İstəyirəm ki, o fakültəni bitirdikdən sonra orada işləyim. Yaşım 34 olsa da, öyrənmək gec deyil.
Qızım Aysun da Korporasiya Texnikumunun Dizaynerlik fakültəsində daxil olub. Bacım oğlu Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alacaq. Ayın 10-da Moskvaya gedəcəyik, dərsdə olmalıyıq”.
Qeyd edək ki, Rəqsanənin seçdiyi ixtisası bitirənlər ya vəkil ya da hakim olurlar. Ona görə də, bir neçə ildən sonra Rəqsanəni məhkəmə zalında qərar çıxaran görsək, buna təəccüb etməyək.