Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İkinci dəfə boşanan Aysun İsmayılova: "Heç bir ailədən söhbət gedə bilməz"
"Həyat yoldaşın sənə diqqət etmir və sevgi bəsləmirsə, orada heç bir ailədən söhbət gedə bilməz".
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova ARB TV-nin efirində səsləndirib:
"Kinli insan deyiləm, nə yaşayıramsa, onu unutmağa çalışıram. Dünənimlə yaşamıram, hər zaman gələcəyə baxıram. Nə yaşamışamsa, demək ki, bu olmalı idi. Sadəcə bundan dərs çıxarmağa çalışıram. Dostluq və sevgidə əsla xəyanəti bağışlamaram. Yalan danışılsa, mənim o şəxsə qarşı inamsızlığım yaranır".
Qeyd edək ki, bir müddət öncə Aysun İsmayılova vəkil Ramil Vəliyevdən boşanıb.
Daha ətraflı videomaterialda:
İkinci dəfə boşanan Aysun İsmayılova: "Heç bir ailədən söhbət gedə bilməz"

Mövzuya aid xəbərlər
Ən çox oxunanlar