Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni beş medalla başa vurublar
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirini 5 medalla başa vurublar.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın son günündə mübarizəyə qoşulan milli komandamızın 9 üzvündən yalnız ikisi bürünc mükafat uğrunda qüvvəsini sınayıb.
Əjdər Bağırov (100 kiloqram) Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Niyaz Bilalova, Kənan Nəsibov (+100 kiloqram) isə yaponiyalı Kanta Nakanoya uduzaraq 5-ci yeri tutublar.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Zelim Tçkayev (81 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) gümüş, Vüsal Qələndərzadə (73 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, yarışın sonuncu günündə kişilərdən 8, qadınlardan 1 idmançı tatamiyə çıxacaq.
Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı 100 kq) və Nigar Süleymanova (+78 kq) medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.