Qarant Sığorta şirkətinin əməkdaşı Əliyeva Natavan Telman qızı öz evində qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, Qarant Sığorta şirkəti bununla bağlı nekroloq yazıb.
Nekroloqda deyilir:
“Şirkətdə çalışdığı müddətdə Natavan Əliyeva rəhbərliyin və əməkdaşların dərin rəğbətini qazana bilib.
Qarant Sığorta şirkətinin rəhbərliyi və əməkdaşları bu faciəli ölümlə bağlı Natavan Əliyeva doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verir və inanır ki, hüquq-mühafizə orqanları bu qətlin üstünün açılması, cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində fəal iş aparacaqlar.
Allah rəhmət eləsin!”