Suraxanı rayonu, Günəşli qəsəbəsindən Babək prospektinə gedən istiqamətdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, “Qəbiristanlıq yolu” adlanan ərazidə qeydə alınan qəza nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.
Belə ki, yüksək sürətlə hərəkətdə olan ağ rəngli “Mercedes” markalı avtomobil idarəetməni itirərək qara rəngli "Mercedes" markalı avtomobilə və ondan irəlidə hərkətdə olan ağ rəngli “Chevrolet Aveo” markalı avtomobilə çırpılıb.
İdarəetməni itirən sürücü daha sonra yolun sağ tərəfində hərəkətdə olan “Mersedes” markalı avtomobil ilə “Opel Astra” markalı maşına çırpılaraq qəza törədib.
Qəza hava şəraiti ilə əlaqədar yolların sürüşkən olması və yüksək sürət həddi ilə əlaqələndirilir.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.
Könül Cəfərli