Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qarlı havada 300-ə yaxın şəxs xəsarət alıb
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
"Səkkiz nəfər əməliyyat üçün stasionara qəbul edilib", - deyə məlumatda bildirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub:
"Müraciət edənlərdən səkkiz nəfərə yerində yardım olunub".
Aləmdə Nəsib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı
- AZAL-ın təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxıldı
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"