Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarlı, küləkli hava şəraitinə görə qatarların sürət həddi ENDİRİLDİ
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı, küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, bu səbəbdən Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar", - ADY-nin məlumatında qeyd edilib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Məşhur polkovnikə VƏZİFƏ VERİLDİ
- Deputat: "Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu"
- Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı
- "Azərbaycan Dəmir Yolları"nın işçisi əməliyyat zamanı ÖLDÜ
- Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
Rəylər