Cəsəd 1 saatdan sonra ailəsinə təhvil veriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hal-hazırda Bədrəddin Babayevin cəsədini dərədən gətirirlər.
Verilən məlumata görə, cəsəd 1 saatdan sonra ailəsinə təhvil veriləcək. B.Babayevin qohumları dağın ətəyindən axan çayın ətrafına toplaşaraq cəsədin gətirilməsini gözləyirlər.
Qeyd edək ki, 4 günə yaxındır ki, Qax rayonunun İlisu kəndində dərəyə düşən ovçu Bədrəddin Babayevin cəsədinin axtarışları aparılırdı.