Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qaynar su dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
Üç yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aysun Heydərli məlumat verib.
O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən yanıb:
"Fatimənin üç yaşı var, o, oktyabrın 8-də yemək dolu qaynar qazanı üstünə aşıraraq yanıb. Onun qolları, boynu, qulağı ağır yanıq xəsarətləri alıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada müalicələrimizi alıb, evə çıxdıq. Hazırda Fatimənin müalicələri üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 557-05-65.
Uni Bank: 5243 7544 4914 5505.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü
- Övladının müalicəsi üçün evini satan ana yardımsevər şəxslərdən dəstək istəyir
- Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var