Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qaynar su ilə dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
Üç yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aysun Heydərli məlumat verib.
O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən yanıb:
"Fatimənin üç yaşı var, o, oktyabrın 8-də qaynar su ilə dolu qazanı üstünə aşıraraq yanıb. Onun qolları, boynu, qulağı ağır yanıq xəsarətləri alıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada müalicələrimizi alıb, evə çıxdıq. Hazırda Fatimənin müalicəsi üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 557-05-65.
"Uni Bank": 5243 7544 4914 5505.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Onun sizin köməyinizə ehtiyacı var
- On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"
- 9-cu sinif şagirdinin anası: "Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm"
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var