Bu gün Azərbaycanda bir neçə rayona təbii qaz verilişində məhdudiyyətlər olacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 15-00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Hacıqabul və Daşkəsən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.