Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına düşüb.
Qəza nəticəsində sərnişin - 1986-cı il təvəllüdlü Orta Salahlı kənd sakini İsmayıl Qiyasov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev