Qazax rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin direktor müavini Səməd Məhəmməd oğlu Nəsibov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Səməd Nəsibov şəhid Nəsibov Nicatın atasıdır.
Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. O, 2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib.