Qazax rayonunda torpaq uçqunu baş verib.
Oxu.Az-ın bölgə müxbirinin görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.
İlkin məlumatlara görə hadisə zamanı 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu həyatını itirib. 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə ağır xəsarət alıb.
O, Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisənin kanalizasiya sisteminin yeniləməsi zamanı baş verdiyi bildirilir.