Qazax rayonunun Aşağı Salahlı kəndində qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, buna səbəb aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.
Bildirilib ki, 4 iyun 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək kəndə qazın verilişi dayandırılacaq.
Qaynar xətt:
(055) 224 12 12