Azərbaycanın üç vətəndaşı Xəzərin Qazaxıstana məxsus hissəsində odlu silah tətbiq edilərək saxlanılıb, Qazaxıstanın MTK Sərhəd Xidməti bildirib.
Oxu.Az “Novosti Kazaxstan”a istinadən xəbər verir ki, qanunu pozanlar “Bayda” üzmə vasitəsində Kulalı adası ətrafında görünüblər.
“Sərhədçilərin dayanmaq haqqında əmrinə qanunu pozan şəxslər reaksiya vermədikləri halda silah tətbiq edilib. Silahın tətbiqi nəticəsində zərərçəkən olmayıb”, - məlumatda deyilir.
Brakonyerlərdən 94 balıq və “kallada” tipli brakonyer ləvazimatı – 5 yeşik, ümumilikdə 5 min metr uzunluqda – götürülüb.
Saxlanma haqqında hüquq-mühafizə orqanları xəbərdar edilib.