Qaraməryəm İsmayıllı Şəki avtomagistralının 50-ci km-liyinin Vəndam kəndi ərazisində ağır yol qəza hadisəsi baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki,ilkin ehtimallara görə qəzaya səbəb at olub.
90-VH-945 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobili idarə edən Tüntül kənd sakini Quliyev Ağamir qarşısına çıxan atı vurub. Daha sonra heyvan əks istiqamətdə hərəkətdə olan Vəndam sakini Nəbiyev Seymur Əlsamir oğlunun idarə etdiyi 36-BE-341 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşınla toqquşub.
Nəticədə at maşının ön şüşəsindən avtomibilin içinə düşüb. Avtomaşının sahibi Nəbiyev Seymur elə hadisə yerindəcə keçinib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.





www.oxu.az