Qəbələdə böyük ticarət mərkəzi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Qəbələ rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.