Qəbələ rayonunda növbəti meşə yanğını hadisəsi baş verib.
Oxu.Az FHN-nin mətbuat mərkəzinə istinadən xəbər verir ki, rayon ərazisində 10 ha sahədə meşə zolağı yanıb.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xatırladaq ki, bir neçə gün əvvəl də Qəbələ rayonunda meşə zolağında yanğın baş vermiş, bu zaman 2,5 hektar meşə ərazisi yanmışdı.