Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qəbələdə yol-nəqliyyat hadisəsi olub, sürücü ölüb
Qəbələdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində BMW markalı avtomobilin sürücüsü, rayon sakini Əhməd Rəsulzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Xəsarətlər alan sürücü xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI
- Şəmkirdə ölümlə nəticələnən avtoqəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Xəsarət alan şəxslər fəhlələr imiş
- Kəlbəcərdə qəzaya düşən hərbçilərin SON VƏZİYYƏTİ açıqlandı
- Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU
Ən çox oxunanlar