Usta Mübariz Əkbərov Gəncədə kiçik emalatxanasında müxtəlif növ milli və dünya xalqlarına məxsus silahlar, bıçaqlar, xəncərlər və başqa əşyalar hazırlayır.
Baku TV-nin müsahibi nadir və çətin sənət növü olan bədii metal-işləmə ilə məşğuldur.
Ustanın əl işləri arasında ilk dəfə müraciət etdiyi olduqca orijinal nümunələri də var.
O bildirir ki, bu nümunələrin hər birinin ərsəyə gəlməsi üçün 3-4 ay vaxt tələb olunur.
Sənətkarın original işləri xaricdə keçirilən sərgilərdə nümayiş etdirilib. Bundan başqa, müsahibimiz İngiltərə və Rusiyada ustad dərsləri də keçib.