11 dekabr 2015-ci il tarixində Qərb universitetinin müəllim və tələbələri üçün Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində infotur keçirilib.
Oxu.Az xəbər verir ki, məlumat turunda gənclərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaranma tarixi, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar barədə məlumat verilib.
İştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər.
Daha sonra gənclərə müşahidəçi vasitəsilə İntellektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi barədə də məlumat verilib.
E.Ə.
www.oxu.az