Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraitinin mülayimləşəcəyi vaxtı açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, mayın 20-də gecə saatlarından başlayaraq paytaxt və yarımadada güclü şimal-qərb küləyi səngiyəcək.
O bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı düşüb:
"Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Sabahdan başlayaraq şimal-qərb küləyi mülayim şimal küləyi ilə əvəzlənəcək".
Gülşad Məmmədova qeyd edib ki, bölgələrdə də qeyri-sabit hava şəraiti davam edir.
"Bölgələrdə mayın 21-də gündüz, eləcə də mayın 22-ə yağmursuz hava şəraiti müşahidə olacaq. Temperatur 3-5 dərəcə yüksələcək".
Elvin Əhmədov
www.oxu.az