"Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır".
Oxu.Az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək", - direktor bildirib.
Rəylər