Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
QHT sədri həbs edildi - FOTO
Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Oqtay Mirəlizadə həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Belə ki, vətəndaşlardan biri hüquq-mühafizə orqanlarına müraciət edərək O.Mirəlizadənin ondan aldatma yolu ilə 25 min manat aldığını və geri qaytarmadığını bildirib.
Şikayətçinin sözlərinə görə, QHT rəhbəri onun övladını köçürmə yolu ilə DYP-də işə qəbul etdirəcəyinə vəd verib. Yüksəkvəzifəli tanışları vasitəsilə bu işi həll edəcəyinə söz verən Oqtay Mirəlizadə 2022-ci ilin mayında ondan Sumqayıtda yerləşən “Yaşar” restoranında 25 000 manat alıb. Lakin Mirəlizadə vədinə əməl etməyib və aldığı pulu geri qaytarmayıb. O, pulu işi həll etməsi üçün tanışına verdiyini bildirib.
Cinayət işinin materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə O.Mirəlizadəyə 2 il müddətinə həbs cəzası verilib.
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Zabratda avtomobil yoldan çıxaraq radar dirəyinə çırpılıb
- Müğənni Tural Gəncəli "avtoşluq" etdi, polisə tabe olmadı, həbs edildi
- Nərimanov prospektində qəza: Avtomobil işıq dirəyinə çırpıldı
- Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
- Sabah Bakıda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Rəylər