Bu gün axşam saatlarında Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində, Qız qalasının qarşısında qeydə alınıb.
Qəzaya avtomobillərdən birinin qarşıdakı hərəkət zolağına çıxması səbəb olub. Əks istiqamətdə hərəkət edən iki maşının toqquşmasından sonra daha 5 maşın bir-birinə dəyib.
Səbail rayon Polis İdarəsinin verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar müxtəlif xəsarətlərlə Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.