Balam yoxa çıxıb, əri onu axtarmaqdan, qızımı ittiham edir. Niyə arvadını axtarmır. Əvəzində onu günahlandırır. Bəlkə elə qızımı öldürüblər?.
Oxu.Az xəbər verir ki, bu barədə Göyçayda yenicə ailə qurduqdan sonra yoxa çıxan 19 yaşlı Zemfira İsmayılovanın atası Məzahir İsmayılov ANS PRESS-ə şikayətində bildirib.
Atanın sözlərinə görə, qızını uzaq qohumları 1985-ci il təvəllüdlü Elçin Səyavuş oğlu Abbasovaya veriblər. Ərə gedəndən sonra qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan Zemfiranın qaynanası və əmisi arvadı ilə problemləri yaranıb. Atanın sözlərinə görə, qızını incidirmişlər.
“Qızımın gözləri zəif olduğu üçün onu təhqir edirdilər. Qıza “açkarik”, kor, səy və. deyirdilər. Qızımı incidirdilər. İndi arvadı itən bir kişi onu axtarmaqdan qadına şər atır. Gah dedilər ki, Zemfira evdən qızıl oğiurlayıb. Gah dedilər oğurlamayıb. Elçin deyirdi ki, Zemfira 4 min götürüb. Sonra deid ki. 6-7 min götürüb. Sonra mənə dedi ki, pul götürməyib”. – deyə Məzahir İsmayılov vuyrğuladı.
10 gündən çox müddətdə qızından xəbər ala bilməyən Məzahir İsmayılov onun yoxa çıxmasında kürəkənindən də şübhələndiyini bildirib. Onun sözlərinə görə, kürəkəni Elçin Abbasov özünü çox qəribə aparır.
“Kürəkənim deyir ki, Zemfiranın “Facebook”dakı səhifəsinn parolunu tapıb. Guya pul verib, haker vasitəsilə parolu sındırıb. Guya qızım orda başqa birilə danışırmış. Kürəkənim iddia edir ki, arvadı başqası ilə birlikdə qaçıb. “Facebook”un parolunu istəyəndə isə heç bir şey deyə bilmədilər. Elçin sübut etməlidir ki, qızınm onu aldadıb.”, - deyə Məzahir İsmayılov b ildirib.
Onun sözlərinə görə, indi əsas məsələ qızının tapılmasıdır. Bundan sonra, hadisənin dəqiq səbəbləri bilinəcək.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Zemfira Məzahir qızı İsmayılova iyunun 9-də gəlin köçdüyü ər evindən naməlum istiqamətə çıxıb və geri qayıtmayıb. Zemfira İsmayılovanın həyat yoldaşı Elçin Abbasov isə bildirib ki, arvadı başqa biri ilə gedib.
“Zemfiranın evdən qaçması mənə çox pis təsir etdi. Mən özüm hüquq işçisiyəm. Araşdırmalar apardım. Demə Zemfira telefon vasitəsilə vaxtilə istədiyi bir oğlanla mesajlaşırmış. Sonradan öyrəndim ki, demə Zemfiranın “Facebook”da gizlin akauntu varmış. Mən evdən çıxandan osnra həmin oğlanla danışırmış”, - deyə Elçin Abbasov bildirdi.
O deyir ki, arvadının “Facebook”da olması heç ağlına da gəlməyib. Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, Zemfira Məzahir qızı İsmayılova evdən çıxarkən əyninda sarı kofta, qəhvəyi şalvar olub. Elə həmin geyimi də Elçin Abbasov arvadının xahişi ilə alıb. Hazırda qızın həm regionalarda. Həm də Bakıda tapılması üçün polis axtarışlara başalyıb. ANS PRESS olaraq itkin düşən Zemfira İsmayılovanın fotolarını təqdim edirik. Bəlkə bu gənc gəlinn tapılmasına kömək etdi.