Məkkədə baş verən faciə zamanı ölən və yaralılar arasında azərbaycanlılar yoxdur.
Oxu.Az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə deyib.
İdarə rəsmisinin sözlərinə görə, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.
Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.