Qobustan rayonunda yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Ərəbqədim və Nardaran kəndlərinin ərazisində 250 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.