Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qobustanda baş vermiş dəhşətli avtomobil qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI
Qobustanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, fevralın 10-u saat 16 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər Şamaxı rayon sakini 2004-cü il təvvəllüdlü şəxs (qadın cinsli) qarın boşluğunun travması, qabırğanın sınığı və 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) kəllə-beyin travması diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.
Onlara ilkin tibbi yardım göstərilib, instrumental və diaqnostik müayinələr edilib. Hazırda müayinə və müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
"Bu gün Qobustanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb".
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 91-ci km-də, Mərəzə şəhəri ərazisində baş verib.
Şamaxı rayon sakini Əli Kamil oğlu Mahmudov idarə etdiyi "Hyundai Sonata" markalı, 90-BA-765 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini sərt döngədə itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücünün anası Ramidə Mahmudova hadisə yerindəcə həyatını itirib.
Sürücü və digər sərnişini Səbinə Sabit qızı Mahmudova xəsarət alıblar.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücü diqqətsizliyi olub", - deyə M.Ağayev bildirib.
O qeyd edib ki, BDYPİ sürücülərdən bir daha yollardakı sürət həddinə əməl etməyi, özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamağı xahiş edir.
Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, bu gün saat 15 radələrində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücünün anası 1971-ci il təvəllüdlü Ramidə Talıb qızı Mahmudova ölüb.
Sürücü, 32 yaşlı Əli Mahmudov və həyat yoldaşı xəsarət alıblar.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib Oxu.Az-a bildirilib ki, ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əzizə İsmayılova
Rəylər