Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qonur ayını ovlayanlar: Qorxudan dərisini də gizlətdik - VİDEO
Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə Şahdağ Milli Parkından İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən altı nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rəşid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.
Onlardan dörd ədəd “İJ” və bir ədəd “lavrona” markalı ov tüfəngi götürülüb və ayının dərisi aşkarlanıb”.
“Biz bərəyə gedirdik. Meşənin içində gördük ki, keçir, biz də vurduq. Gedəndən sonra lap konkret gördük ki, ayıdır. Dərisini soyduq, ətini istifadə etmədik. Ovlayandan sonra dərisini də qorxudan gizlətdik”.
Rəylər