Paytaxtın Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Həsən Əliyev küçəsində yerləşən tuneldə qeydə alınıb.
İlkin ehtimala görə, “DongFeng” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qoşa xəttin tələblərini pozaraq, avtomobili əks yolla hərəkət etdirərkən KİA markalı minik maşınına çırpılıb.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Qəzanın dəqiq təfərrüatı aparılan araşdırmalardan sonra bəlli olacaq.