Bakının Binəqədi rayonunda toydan qayıdan ailə qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, Məmmədov Ramiz Mansur oğluna məxsus “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozaraq, əks istiqamətdən gələn “Mercedes” markalı minik maşınına çırpılıb.
Zərbənin təsirindən “VAZ-2107” aşıb. Nəticədə, iki nəfər, o cümlədən, bir azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə ərazi üzrə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.