Martın 5-i Böyük Britaniyada ilk dəfə koronavirusa tutulan şəxs vəfat edib.
“The Guardian” xəbər verir ki, Berkşir qraflığında yerləşən xəstəxanalardan birində koronavirusla birgə digər xəstəliklərdən əziyyət çəkən yaşlı pasiyent həyatını itirib.
Ölümündən bir gün əvvəl xəstəxanaya yerləşdirilən kişidə koronavirus aşkarlanıb.
Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 115 nəfərə çatdığını bildirib.