Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qoşqar Təhməzli “yəqin haqq alıblar” məsələsinə aydınlıq gətirdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurum tərəfindən fəaliyyəti məhdudlaşdırılan, daha sonra fəaliyyətini davam etdirən sahibkarlıq subyektlərilə bağlı cəmiyyətdə yaranan “yəqin haqq alıblar” fikrinə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, nöqsan aşkarlanan müəssisənin fəaliyyəti ilk andan dayandırılmır:
“Biz əvvəlcə üç aylıq məhdudlaşdırma tətbiq edirik. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssəinin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır. Bizim çıxardığımız qərarların da adı belədir”.
Q.Təhməzli vətəndaşlara da səslənib.
O bildirib ki, kim hansı ünvanda təhlükəli qida ilə bağlı məlumat bilirsə, Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı mərkəzi”nə məlumat versin:
“Əgər doğrudan da hansısa bir zirzəmidə insan sağlamlığı üçün ziyanlı olan bir qida məhsulunun istehsalı haqqında məlumatlıdırlarsa, bizə desinlər, tədbir görək.
Hər kəs şikayətlənir ki, biz bilirdik ki, Azərbaycanda qeyri-qanuni spirtli içkilərin qablaşdırılması ilə məşğul olanlar var. Əgər insanlar bunu bilir və demirsə, bilavasitə onlar cinayətdə iştirak etmiş olurlar. Əhali bu məsələdə bizə dəstək olmalıdır”.
İlhamə Əbülfət
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
- Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- AQTA Bakıda restoranın fəaliyyətini məhdudlaşdırdı
- Ukraynadan gətirilərək ölkəmizdə 11 manata satılan ətlərin mənşəyi nədir?
- AQTA: "Azərbaycanda quş qripi xəstəliyinə rast gəlinməyib"
Rəylər