"İyunun 28-də saat 16:00-da Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüklərinin sınığı, baldırın çoxsaylı sınıqları, 2001-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə qarın boşluğunun küt travması, sağ gicgah nahiyəsinin əzilməsi, çanaq nahiyəsinin travması diaqnozları təyin edilib.
"Hazırda hər iki şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Aləmdə Nəsib
Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Oxu.Az "Report"a istinadən bildirir ki, Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində "Niva", "KamAZ" və "Mercedes Atego" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada Əmrulla Mustafa oğlu Ağakişiyev, Elnur Natiq oğlu Cəbrayılov və Samir Müşviq oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Quba-Şabran yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, üç nəqliyyat vasitəsinin - iki yük maşını və bir "Niva" markalı avtomobilin toqquşması ilə nəticələnən qəza zamanı azı üç nəfər xəsarət alıb.
Qeyd edək ki, "Niva" markalı avtomobilin sürücüsü - Ağakişiyev Əmrulla Mustafa oğlu sağdır və hazırda Quba Rayon Mərkəzi Xəstəxanasının əməliyyat blokuna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.