Dünən Quba rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Quba şəhərində, bir çardaq altında yerləşən 4 ailəyə məxsus ümumi sahəsi 400 kv.m olan evin bir mənzili 60 kv.m sahədə tam, digər mənzilin dam örtüyü 60 kv.m, ona bitişik ümumi sahəsi 60 kv.m olan sexin 16 kv.m-i və talvar 44 kv.m sahədə yanmıb.
Evin və sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az