Qubanın Yerfi kəndində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, əvvəlcə bir evdə başlayan yanğının əhatəsi genişlənib.
Alov yaxınlıqdakı evə də keçib. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin iki briqadası cəlb edilib. Evlərdən biri Yerfi kəndinin bələdiyyə sədri Əbülfət Həsənova, digəri isə onun həmin kənddə müəllim işləyən qardaşı Mübariz Həsənova məxsus olduğu bildirilir.
Alov söndürülüb. Yanğın zamanı Mübariz Həsənova məxsus 1960-cı ildə inşa edilmiş, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli ev, Əbülfət Həsənova məxsus, ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi tamamilə yanıb.
Hadisənin təfərrüatı araşdırılır.
19:47
Qubada yanğın baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.
Kənd ərazisində iki qardaşa məxsus evlər yanır. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin iki avtomobili və canlı qüvvəsi cəlb edilib.
Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətlənirlər.
Qeyd edək ki, rayon mərkəzindən Yerfi kəndinə məsafə 50 kilometrdən artıqdır.