Qubada intihar hadisəsi qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayon sakini 60 yaşlı Canpolad Abbasov dünən axşam saatlarında özünü asıb.
İntiharın səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, C.Abbasov bir müddət Əmlak Məsələləri Dövlət Komitəsinin Quba rayon şöbə rəisi olaraq çalışıb. O, intihardan öncə sərxoş olub. Bundan beş il öncə onun Elvin adlı oğlu intihar etməklə həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.
Tehran Orucoğlu