Quba rayonunda dəhşətli intihar hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Zərqaya kənd qəbiristanlığında kənd sakini Xüdbəddin Məhərrəmovanın meyidi tapılıb.
Araşdırmalar zamanı qadının sirkə turşusu və dizel yanacağı içdiyi məlum olub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.