Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 14 nəfər (9-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya xəstəxanadan bildirilib.
Onlardan 8 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Məlumatlara görə, xəsarət alan şəxslər Quba və Xaçmaz rayon sakinləridir:
Arzu Ağazadə, Tural Əlisultanov, Aliyə Hacıyeva, Kamal Paşayev, Gülarə Yunusova, Elmar Kamalov, Gülbikə Səfərəliyeva, Pərvanə Məmmədova, Gülnar Əlisultanova, Sərxan Əhmədov, Qənilə Gülbalayeva, Elsevər Əmrahov, Zenfira Rüstəmova, Rəvanə Xasıyeva.
Hadisə zamanı xəsarət alan Quba rayonunun Barlı kənd sakini 1957-ci il təvəllüdlü Əzimə Mirişova xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Bu gün səhər saat 08:00-da Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın, 5-i kişi olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Qeyd olunub ki, onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Xatırladaq ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü qadının həkiməqədər ölüm faktı qeydə alınıb.
Qubada sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində yaralıların sayı 12 nəfərə çatıb.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, hadisə zamanı bir nəfər ölüb.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər