Qubada taxıl sahəsi yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, rayonun Pirvahid kəndində meşəətrafı ərazidə 3 hektar sahədə kol-kos və 10 hektar biçilmiş taxıl sahəsi yanıb.
Rayonun İkinci Nügədi kəndində meşəətrafı ərazidə isə 5 hektar sahədə kol-kos yanıb. Hər iki yanğında meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.