Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.
Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEO
Mövcud vəziyyət səbəbindən oduna möhtac qalan sakinlər bildirirlər ki, onun bir maşınının qiyməti 500 manatdan başlayır. Mövsüm ərzində isə ümumi xərclər 1500-1700 manata çatır.
"Bəzi ailələr ümumiyyətlə odun tapa bilmirlər. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur", - deyə sakinlərdən biri qeyd edib.